...

Ermənistan əhalisinin sayı azalmaqda davam edir

Dünya xəbərləri Materials 5 Fevral 2018 12:30 (UTC +04:00)
2018-ci il yanvarın 1-nə Ermənistan əhalisinin sayı 2,973 milyon nəfər təşkil edib
Ermənistan əhalisinin sayı azalmaqda davam edir

Bakı. Trend:

2018-ci il yanvarın 1-nə Ermənistan əhalisinin sayı 2,973 milyon nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 min nəfər azdır.

Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

2016-ci il yanvarın 1-i ilə müqayisədə isə ölkədə əhalinin sayı 25,7 min nəfər azalıb.

Bundan başqa, son illərdə Ermənistanda ölkə vətəndaşlığından imtina edənlərin də sayı artır. Belə ki, 2012-ci ildən bu günədək 15 min nəfər Ermənistan pasportundan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti