Bakı. Trend:
Tayvanda fevralın 6-da baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 219 nəfərə çatıb.
Trend-in verdiyi xəbərə görə, bu barədə Çinin Mərkəzi Televiziyasının yaydığı məlumatda deyilir.
173 nəfərlə əlaqənin kəsildiyi bildirilir.
Daha öncə təbii fəlakət nəticəsində iki nəfərin həlak olduğu, 202 insanın yaralanığı bildirilib.
X X X
02:10
Tayvanın Xualyan şəhərində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 202 nəfərə çatıb.
Trend-in verdiyi xəbərə görə, yaralananlar arasında əcnəbilərin olub-olmaması barədə məlumat verilmir.
X X X
01:29
Tayvanın Xualyan şəhərində baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 188 nəfərə çatıb.
Trend-in məlumatına görə, yaralananlar arasında əcnəbilərin olub-olmaması məlum deyil.
Yeraltı təkanların ciddi dağıntılara səbəb olduğu bildirilir. Xualyan şəhərində ən azı beş bina, o cümlədən otel, qismən və ya tam olaraq uçub. Son məlumatlara görə, oteldə bir çox insan köməksiz vəziyyətdə qalıb. Onlardan 116 nəfər artıq təxliyyə edilib.
Təbii fəlakət nəticəsində nəqliyyat və enerji təchizatı sistemlərinin fəaliyyətində fasilələr yaranıb, 560-dan çox ev işıqsız qalıb. Bölgədə davam edən axtarış-xilasetmə əməliyyatlarına hərbçilər, yanğınsöndürənlər, tibb işçiləri və xüsusi təlim keçmiş itlər cəlb edilib.
X X X
23:49
Tayvanın şərqindəki Xualyan şəhərində baş vermiş zəlzələ nəticəsində ən azı 114 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, zəlzələ nəticəsində uçmuş Marshal otelində xilasedicilərin səylərinə baxmayaraq 29 nəfər köməksiz vəziyyətdə qalıb.
6,5 bal gücündə zəlzələ yerli vaxtla saat 23:50-də adanın şimal-şərqində yerləşən Xualyan şəhərinin yaxınlığında qeydə alınıb. Yeraltı təkanların ocağı 11 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra Çinin seysmoloji mərkəzi tərəfindən ən azı 4,5 bal gücündə 3 afterşok qeydə alınıb.