Bakı. Trend:
Tibetdə YUNESKO-nun ümumdünya irsi obyekti, buddist məbədi Cohanqda baş verən yanğın söndürülüb.
Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
X X X
19:04
Tibetdə YUNESKO-nun ümumdünya irsi obyekti, buddist məbədi Cohanqda yanğın baş verib.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Yanğın şənbə günü başlayıb. Hal-hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır. Yanğının dərəcəsi kifayət qədər yüksək kimi qiymətləndirilir. Qeyd olunur ki, məbədin tavanına ziyan dəyə bilər.
Cohanq məbədi 2000-ci ildə rəsmi olaraq YUNESKO-nun ümumdünya irsi obyektləri siyahısına daxil edilib.