...

Yunanıstanda gəmilərin hərəkəti durdu, kanal bağlandı - SƏBƏB?

Dünya xəbərləri Materials 27 Fevral 2018 14:52 (UTC +04:00)
Yunanıstanda Korinfski kanalı bağlanıb.
Yunanıstanda gəmilərin hərəkəti durdu, kanal bağlandı - SƏBƏB?

Bakı. Trend:

Yunanıstanda Korinfski kanalı bağlanıb.

Trend-in məlumatına görə, kanalın son günlər Yunanıstanda yağan aramsız leysan yağışlardan sonra yaranmış torpaq sürüşməsi səbəbindən bağlandığı bildirilir.

Məlumatda deyilir ki, kanalın ətəklərində güclü sürüşmə baş verdiyindən kanalla hərəkət təhlükəli olub, bu səbəbdən gəmilərin hərəkəti dayandırılıb.

Hazırda sürüşmədən sonra kanalın işinin bərpası üzrə işlər aparılır. Mütəxəssislər bərpa işlərinin təxminən 15 gün vaxt alacağı barədə proqnoz veriblər.

Qeyd edək ki, kanal 1880-1893-cü illərdə tikilib.

Xəbər lenti

Xəbər lenti