...

Dünyada milyarderlərin sayı artıb - Çin I yerdə

Dünya xəbərləri Materials 28 Fevral 2018 18:01 (UTC +04:00)
2017-ci ildə dünyada milyarderlərin sayı 437 nəfər artaraq 2 694 nəfərə çatıb
Dünyada milyarderlərin sayı artıb - Çin I yerdə

Bakı. Trend:

2017-ci ildə dünyada milyarderlərin sayı 437 nəfər artaraq 2 694 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə “Hujun” tədqiqat institutunun hesabatında deyilir.

Hesabata əsasən, dünyanın ən varlı şəxsi “Amazon” şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos olub. Onun varidatı 123 milyard dollar həcmində dəyərləndirilir. İkinci və üçüncü yerlərdə ABŞ-lı sahibkar Uorren Baffet (102 milyard dollar) və “Microsoft” şirkətinin təsisçisi Bill Geyts (90 milyard dollar) qərarlaşıb.

Milyarderlərın sayına görə ölkələr arasında Çin birinci yerdə qərarlaşıb. Hesabata əsasən, bu ölkədə 819 milyarder yaşayır. ABŞ-da yaşayan milyarderlərin sayı 571 nəfər təşkil edib.

Pekində 131, Nyu-Yorkda 92 milyarder yaşayır.

Milyarderlərdən 85 nəfərinin yaşı 40-dan aşağıdır. Ən gənc milyarder 21 yaşlı norveçli Aleksandra Andresen olub.

Xəbər lenti

Xəbər lenti