...

Türkiyə yeni düşərgələrin inşasına başladı - Qaçqınlar üçün

Dünya xəbərləri Materials 6 Mart 2018 14:30 (UTC +04:00)
Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilmiş ərazilərdə suriyalı qaçqınlar üçün yeni düşərgələr inşa edir.
Türkiyə yeni düşərgələrin inşasına başladı - Qaçqınlar üçün

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilmiş ərazilərdə suriyalı qaçqınlar üçün yeni düşərgələr inşa edir.

Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy elan edib.

O qeyd edib ki, düşərgələr doqquz ayrı bölgədə, o cümlədən İdlibdə salınacaq.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı 2016-cı ilin avqustunda başlamışdı.

Son məlumata görə, hazırda Türkiyədə 3,5 milyon suriyalı qaçqın məskunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti