...

ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 7 Mart 2018 04:40 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Şimali Koreyaya qarşı ölkə lideri Kem Çen Inın qardaşı Kim Çen Namın qətlə yetirilməsi zamanı kimyəvi silahdan istifadəyə görə sanksiyalar tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir: "Bu sanksiyalar Şimali Koreyanın qanunsuz fəaliyyətinə qarşı yönəlmiş ABŞ-da mövcud olan bütün sanksiyaları tamamlayır. Sanksiyalar 2018-ci il martın 5-də Federal reyestrdə dərc edildiyi andan qüvvəyə minib".

Qeyd edilir ki, 22 fevral ABŞ-da müəyyən edilib ki, Şimali Koreya hökuməti Kuala-Lumpur hava limanında Kim Çen Namın qətlə yetirilməsi zamanı "VX" kimyəvi maddədən istifadə edib.

Xəbər lenti

Xəbər lenti