Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etməsinə ayındlıq gətirib.
Trend-in məlumatına görə, D.Tramp jurnalistlərə bildirib ki, bu məsələni R.Tillersonla çoxdan müzakirə edib:
"Biz onunla bu barədə uzun müddətdir danışmışıq. Bizim yaxşı münasibətlərimiz var, lakin bir sıra məsələlərdə fikirlərimiz uzlaşmır".
R.Tillersonla fikir ayrılığı qismində D.Tramp İranla sövdələşməni misal çəkib:
"Mən bu sövdələşmənin dəhşətli olduğunu, o isə normal olduğunu düşünürdü. Mayk Pompeo (yeni dövlət katibi - red.) ilə isə fikirlərimiz eynidir".