...

Ostin şəhərinin polis idarəsi şübhəli bağlamalarla bağlı yüzlərlə zəng alıb

Dünya xəbərləri Materials 15 Mart 2018 01:17 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Ostin şəhərinin (Texas ştatı) polis idarəsi şübhəli bağlamalarla bağlı yerli sakinlərdən 370 zəng alıb. Zənglər martın 2-dən gəlməyə başlayıb.

Trend-in məlumatına görə, bütün zənglərdən sonra bağlamalar yoxlanılıb və heç bir halda şübhələr təsdiqini tapmayıb.

Qeyd edək ki, mart ayının 2-si və 12-si naməlum şəxslər Ostin şəhərində fərdi evlərə partlayıcı qurğular qoyublar. Partlayışlar nəticəsində 2 nəfər həlak olub. Ötən bazar ertəsi üçüncü bağlamanın partlaması nəticəsində 2 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti