...

Ərdoğan: "Afrini tamamilə nəzarətə aldıq"

Dünya xəbərləri Materials 18 Mart 2018 12:50 (UTC +04:00)
"Afrini tamamilə nəzarətə aldıq".
Ərdoğan: "Afrini tamamilə nəzarətə aldıq"

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrinin bu gün tamamilə Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu"nun bölmələri tərəfindən nəzarətə alındığını bildirib.

Trend-in məlumatına görə, dövlət başçısı bu barədə Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı bəyan edib.

O qeyd edib: “Hazırda orada Türkiyə bayrağı və "Azad Suriya Ordusu"nun bayrağı dalğalanır”.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti