...

Peru məhkəməsi keçmiş prezident Kuçinskiyə ölkəni tərk etməyi qadağan edib

Dünya xəbərləri Materials 25 Mart 2018 00:31 (UTC +04:00)
Perulu hakim Xuan Karlos Sançes Balbuena ölkənin keçmiş prezidenti Pedro Pablo Kuçinskinin ölkədən çıxmasının qadağan olunmasını tələb edən prokurorluğun sorğusunu təmin edib.
Peru məhkəməsi keçmiş prezident Kuçinskiyə ölkəni tərk etməyi qadağan edib

Bakı. Trend:

Perulu hakim Xuan Karlos Sançes Balbuena ölkənin keçmiş prezidenti Pedro Pablo Kuçinskinin ölkədən çıxmasının qadağan olunmasını tələb edən prokurorluğun sorğusunu təmin edib.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Məhkəmə qərara gəlib ki, Kuçinski korrupsiya haqqında araşdırmalar başa çatanadək ölkə ərazisində qalmalıdır.

Xatırladaq ki, Pedro Kuçinski bir neçə gün əvvəl konqresmenlərə rüşvət verməsi ilə əlaqədar yaranmış qalmaqal fonunda istefa barədə ərizə vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti