Bakı. Trend:
Pakistanın Dera-İsmail-Xan şəhərində festival zamanı səhnəyə qumbara atılıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 24 nəfər yaralanıb.
Xəsarət alanlar arasında bir neçə uşaq və təhlükəsizlik xidmətinin iki əməkdaşının da olduğu bildirilir.
Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, cinayətkarların axtarışı aparılır.