Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyanın Afrin şəhərində partlayıcının işə düşməsi nəticəsində 2 türk hərbçisi həlak olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahı xəbər verib.
Məlumata görə, insident ötən gün baş verib. Hadisə ilə bağlı başqa detallar açıqlanmır.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.