...

Türkmənistan prezidentinin oğlu parlamentə seçildi

Dünya xəbərləri Materials 30 Mart 2018 10:46 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə Məclisinə deputat seçilib.
Türkmənistan prezidentinin oğlu parlamentə seçildi

Bakı. Trend:

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar ölkə Məclisinə deputat seçilib.

Trend-in məlumatına görə, prezidentin oğlu "Duşak" seçki dairəsindən namizədliyini irəli sürüb.

Səsvermə martın 25-də keçirilib. Bu dairədən 30 316 seçici qeydiyyatdan keçib.

Sərdar Berdiməhəmmədovun rəqibi 10 saylı təlim-tərbiyə müəssisəsinin direktor müavini Kaka Oqulceren Qurdov olub.

Prezidentin oğlu seçicilərin 91,42 (25 700 nəfər) faizinin səsini qazanıb. Oqulceren Qurdova isə 2412 nəfər (8,58 %) səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti