...

Ərdoğanın mətbuat katibi: Türkiyə Suriyadakı terrorçularla danışıqlar aparmayacaq

Dünya xəbərləri Materials 30 Mart 2018 12:39 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Suriyada terrorçularla danışıqlar aparmaq niyyətində deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Fransa prezidentinin Ankara ilə PYD silahlıları arasında Parisin vasitəçi kimi çıxış edə biləcəyi barədə açıqlamasına cavab olaraq deyib.

İ.Kalın vurğulayıb ki, Türkiyə müttəfiq ölkələri terror təşkilatlarına münasibətdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırır.

Onun sözlərinə görə, Suriyadakı terrorçularla bağlı Türkiyənin mövqeyi tamamilə aydındır.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri martın 18-də iki aya yaxın davam edən “Zeytun budağı” əməliyyatı nəticəsində Suriyanın Afrin rayonunu PYD və YPG terrorçularından azad etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti