...

Türkiyə və ABŞ hərbi əməkdaşlığı müzakirə edib

Dünya xəbərləri Materials 31 Mart 2018 03:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib.

Trend-in verdiyi xəbərə görə, bu barədə Türkiyə KİV-ləri ölkə XİN-ə istinadla məlumat yayıb.

Danışıqların Müdafiə Sənayesi üzrə Türkiyə-ABŞ Ticari Dialoqunun 5-ci sessiyası çərçivəsində keçirildiyi bildirilir.

Məlumata əsasən, tədbirdə Türkiyənin Müdafiə və İqtisadiyyat nazirliklərinin, həmçinin ABŞ Dövlət Departamentinin və Müdafiə nazirliyinin nümayəndələri iştirak edib.

Görüş zamanı tərəflər ölkələrinin təhlükəsizlik və müdafiə sənayesi məhsullarının satışı sahəsində əməkdaşlıqa sadiqliyini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti