...

Çinin kosmik stansiyası Sakit okean üzərində yandı

Dünya xəbərləri Materials 2 Aprel 2018 06:40 (UTC +04:00)
Çinin “Tyanqun-1” kosmik stansiyası Sakit okeanın cənub hissəsinin üzərində atmosferdə yanıb
Çinin kosmik stansiyası Sakit okean üzərində yandı

Bakı. Trend:

Çinin “Tyanqun-1” kosmik stansiyası Sakit okeanın cənub hissəsinin üzərində atmosferdə yanıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə Çinin Uçuşların İdarə Olunması Mərkəzi (CMSA) məlumat yayıb.

Məlumata əsasən, statnsiyanın qırıntılarının əksəriyyəti Yer səthinə çatmayıb.

“Tyanqun-1” kosmik stansiyasının atmosferin yuxarı qatlarına Pekin vaxtı ilə saat 08:15-də daxil olduğu bildirilir.

Çəkisi 8,5 ton, uzunluğu isə 12 metr olan stansiya orbitə 2011-ci ilin sentyabr ayında çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti