...

ABŞ səfirliyinin mətbuat katibi Rusiyadan çıxarılır

Dünya xəbərləri Materials 2 Aprel 2018 12:41 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Mariya Olsonun adı Rusiyadan çıxarılacaq 60 diplomatın sırasına daxil edilib.

Trend-in məlumatına görə, artıq səfrilik M.Olsonun vəzifəsinin kim tərəfindən icra olunacağını da bildirib. Məlumata görə, keçmiş mətbuat katibini Andrea Kalan əvəz edəcək.

Qeyd edək ki, ABŞ martın 26-da ölkədən 60 rusiyalı diplomatın çıxarılması barədə bəyan etmişdi. Bundan sonra Rusiya cavab addım ataraq 60 amerikalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti