Bakı.Trend:
Facebook sosial şəbəkəsinin şəxsi məlumatları "Cambridge Analytica" şirkətinə ötürülən istifadəçilərinin sayı 87 milyona çatıb.
Trend-in verdiyi xəbərə görə, bu barədə sosial şəbəkənin mətbuat xidməti məlumat yayıb.
"Bizim ehtimallara görə, əsasən ABŞ-dan olan 87 milyon istifadəçinin şəxsi məlumatları səhvən "Cambridge Analytica" şirkətinə ötürülüb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, daha öncə 50 milyon istifadəçinin məlumatlarının ötürülməsi barədə xəbər verilib.
Qeyd edək ki, Facebook təsisçisi Mark Zukerberq aprelin 11-də ABŞ Konqresində məsələ ilə əlaqədar keçiriləcək dinləmələrdə iştirak edəcək.