...

Təyyarədə ayaq üstə getmək mümkün olacaq

Dünya xəbərləri Materials 18 Aprel 2018 17:01 (UTC +04:00)
Almaniyada keçirilmiş “Aircraft Interiors Expo” sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunub
Təyyarədə ayaq üstə getmək mümkün olacaq

Bakı. Trend:

Almaniyada keçirilmiş “Aircraft Interiors Expo” sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunub.

Trend-in məlumatına görə, at yəhərini xatırladan “oturacaqlar” şaquli dayaqla təchiz olunub.

Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.

İstehsalçıların fikrincə, bu layihə təyyarələrin sərnişin tutumunu 20 faizədək artıra bilər.

Bu yerlər qısa məsafələrə uçuşlar zamanı istifadə oluna bilər. Artıq Kolumbiyanın “VivaColombia” və İrlandiyanın “Ryanair” aviaşirkətləri bu məhsula maraq göstərdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti