Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In ölkədə nüvə və raket sınaqlarının dayandırılmasını elan edib.
Trend-in məlumatına görə, KXDR lideri həmçinin ölkənin şimalında yerləşən nüvə poliqonun da fəaliyyətinin dayandırıldığını bildirib.
“Aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqlarına və gitələrarası ballistik raketlərin buraxılmasına son qoyacaq”,-deyə Kim Çen In bildirib.
Məlumata əsasən, müvafiq qərar hakim partiyanın Mərkəzi komitəsinin iclasında qəbul edilib.