...

Şimali Koreya və Cənubi Koreya liderləri də ağac əkdilər - Şam ağacı

Dünya xəbərləri Materials 27 Aprel 2018 17:58 (UTC +04:00)
Şimali Koreya və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn keçirdikləri tarixi görüş zamanı Pxanmuncome şamının əkilməsi mərasimində iştirak edib.
Şimali Koreya və Cənubi Koreya liderləri də ağac əkdilər - Şam ağacı

Bakı. Trend:

Şimali Koreya və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn keçirdikləri tarixi görüş zamanı Pxanmuncome şamının əkilməsi mərasimində iştirak edib.

Trend-in məlumatına görə, şam ağacının əkilməsi zamanı Çimali Koreyadakı Pektusan dağından və Cənubi Koreyadakı Hallasan dağından torpaqdan istifadə olunub.

Eyni zamanda Kim Çen In ağacı Cənubi Koreya ərazisindən keçən Xanqan çayının, Mun Çje İn isə Şimali Koreyadakı Tedonqan çayının suyu ilə sulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makron ABŞ-a səfəri zamanı Donald Trampla palıd ağacı əkmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti