...

Türkiyədə alkoqollu içkilərin satışı qadağan ediləcək

Dünya xəbərləri Materials 28 Aprel 2018 10:52 (UTC +04:00)
Türkiyədə 2018-ci il iyunun 24-də prezident seçkiləri günü alkoqollu içkilərin satışı qadağan ediləcək.
Türkiyədə alkoqollu içkilərin satışı qadağan ediləcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə 2018-ci il iyunun 24-də prezident seçkiləri günü alkoqollu içkilərin satışı qadağan ediləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının şənbə günü yaydığı sənəddə deyilir.

Məlumatda deyilir ki, seçki keçirilən gün səhər saat 06:00-dan gecə saat 00:00-a qədər bütün Türkiyə ərazisində alkoqollu içkilərin satışı qadağan olunacaq.

Seçkilər günü ölkədə həmçinin kafe və əyləncə mərkəzlərinin də bağlı olacağı qeyd olunur.

Xəbər lenti

Xəbər lenti