...

Gümrü iflic oldu - Lokomotiv deposunun 300 əməkdaşı işi dayandırdı

Dünya xəbərləri Materials 2 May 2018 15:16 (UTC +04:00)
Gümrüdə lokomotiv deposunun 300 işçisi tətil elan edərək müxalifətin etiraz aksiyalarına qoşulub.
Gümrü iflic oldu - Lokomotiv deposunun 300 əməkdaşı işi dayandırdı

Bakı. Trend:

Gümrüdə lokomotiv deposunun 300 işçisi tətil elan edərək müxalifətin etiraz aksiyalarına qoşulub. Trend-in məlumatına görə, bu barədə şəhərdə etiraz aksiyaları təşkilatçılarından biri Karen Marqaryan deyib.

Onun sözlərinə görə, deponun işçiləri səhər saatlarından işə çıxmaqdan imtina ediblər: "Hazırda şəhərdə hər şey iflic olub. Bütün dövlət müəssisələrinin binaları mühasirəyə alınıb, küçələrdə hərəkət dayandırılıb. Biz Nikol Paşinyanın baş nazir seçilməsini tələb edirik".

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində N.Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik buraxılacaq.

Etiraz aksiyalarının rəhbəri N.Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlayan aksiyalar davam edir. Aprelin 23-də S.Sarkisyan vəzifəsindən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti