Bakı. Trend:
İndoneziyanın ikinci ən böyük şəhəri olan Surabayada iki kilsədə partlayış olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində ümumilikdə 9 nəfər ölüb, 40-dan çox yaralı var.
Partlayışın avtomobil və motosikletdə gələn terrorçu-intiharçılar tərəfindən törədildiyi bildirilir.
Ölənlər arasında iki polis əməkdaşı da var.
Qeyd edək ki, İndoneziya dünyada müsəlmanların ən çox yaşadığı dövlətdir.