...

ABŞ Fransaya Parisdəki terror aktı ilə bağlı yardım təklif edib

Dünya xəbərləri Materials 14 May 2018 07:12 (UTC +04:00)
ABŞ Parisin mərkəzində terrorçunun insanlara hücum etməsi ilə əlaqədar Fransaya istənilən zəruri yardımı göstərməyə hazırdır
ABŞ Fransaya Parisdəki terror aktı ilə bağlı yardım təklif edib

Bakı. Trend:

ABŞ Parisin mərkəzində terrorçunun insanlara hücum etməsi ilə əlaqədar Fransaya istənilən zəruri yardımı göstərməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sandersin yaydığı yazılı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir: "Biz Fransa xalqı və hökuməti ilə həmrəyik <...> və istənilən zəruri yardımı göstərməyə hazırıq. Bu cür hərəkətlər ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyasının İŞİD-i məhv etmək məqsədini daha da gücləndirir".

Qeyd edək ki, Parisdə mayın 12-si Çeçenistan əsilli Hamzat Azimov insanlara bıçaqla hücum edib. Hücum nəticəsində bir nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçu polislər tərəfindən güllələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti