...

Çin dünyanın ən iri amfibiya təyyarəsinin tədarükünə başlayacaq

Dünya xəbərləri Materials 14 May 2018 12:42 (UTC +04:00)

Bakı. Trend:

Çin dünyanın ən iri amfibiya təyyarəsinin tədarükünə başlayacaq.

Trend-in məlumatına görə, Çinin milli aviasənayesi tərəfindən istehsal olunan AG600 təyyarələrinin tədarükünün 2022-ci ilədək başlanılması planlaşdırılır.

Qeyd olunur ki, bu təyyarənin ilk sınaq uçuşu ötən ilin dekabrında baş tutub. Bu ilin iyulunda isə amfibiya təyyarə su hövzəsindən ilk uçuşunu həyata keçirəcək.

AG600-ün quraşdırılması 2009-cu ildə başlayıb. Təyyarənin ilk modeli 2016-cı ilin iyununda hazır olub. Bu təyyarə meşə yanğınları ilə mübarizə və xilasetmə işləri üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti