...

Suriyada sutka ərzində təxminən 400 nəfər öz evinə qayıdıb

Dünya xəbərləri Materials 20 May 2018 06:16 (UTC +04:00)

Bakı. Trend:

Suriyada təxminən 400 nəfər sutka ərzində öz evinə qayıdıb.

Trend-in məlumatına görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko brifinq zamanı deyib.

Y.Yevtuşenko bildirib: "Ötən sutka ərzində Xoms əyalətinə öz evlərinə 221 nəfər, Dey-əz-Zor əyalətində 45 nəfər, Şərqi Qutada 107 nəfər öz evlərinə qayıdıb".

Onun sözlərinə görə, Mərkəz insanlara 5 ton humanitar yardım verib. Rusiya hərbi həkimləri sutka ərzində 15-i uşaq olmaqla 23 nəfər tibbi yardım göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti