...

Everesti fəth etmək istəyən 2 alpinistin meyiti tapıldı

Dünya xəbərləri Materials 21 May 2018 11:28
Dünyanın ən hündür zirvəsi Everesti fəth etməyə çalışan iki alpinist həlak olub.
Everesti fəth etmək istəyən 2 alpinistin meyiti tapıldı

Trend-i buradan izləyin

Bakı. Trend:

Dünyanın ən hündür zirvəsi Everesti fəth etməyə çalışan iki alpinist həlak olub.

Trend-in məlumatına görə, yaponiyalı alpinist Nobukadzu Kuriki və makedoniyalı Georgi Petkovun meyitləri hazırlıq dayanacağında tapılıb.

63 yaşlı makedoniyalı ürək tutması nəticəsində ölüb. 36 yaşlı yaponiyalının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd olunur ki, N.Kuriki bundan əvvəl bir neçə dəfə Everestə çıxmağa çalışsa da, bütün cəhdləri uğursuz alınıb. 2012-ci ildə donma nəticəsində 9 barmağını itirmişdi.

Məlumat üçün bildirək ki, dünyanın ən hündür dağ zirvəsi sayılan Everest dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti