Bakı. Trend:
Nyu-York meri Bill de Blazio ictimai yerlərdə marixuana çəkən şəxslərin həbs olunmaması ilə bağlı polisə tapşırıq verib.
Trend-in məlumatına görə, bu qərar Nyu-York sakinlərinin marixuananın leqallaşdırılmasına hazırlanması məqsədilə verilib.
Qeyd olunur ki, polislər marixuana ilə tutulan şəxsi həbs etməyəcək, əvəzində məhkəmə çağırışı təqdim edəcək.
B.de Blazio bildirib ki, yaxın zamanlarda Nyu-Yorkda müalicə məqsədi ilə marixuananın istifadəsi leqallaşdırılacaq və sakinləri buna hazırlamaq çox vacibdir.