...

Yunanıstana qaçmış 8 türk hərbçi həbsdən azad edilib

Dünya xəbərləri Materials 5 İyun 2018 05:25 (UTC +04:00)
Yunanıstana qaçmış 8 türk hərbçi həbsdən azad edilib
Yunanıstana qaçmış 8 türk hərbçi həbsdən azad edilib

Bakı. Trend:

Yunanıstana qaçmış 8 türk hərbçi həbsdən azad edilib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hərbçilər məhkəmə olmadan saxlanma müddətinin başa çatması ilə əlaqədar azadlığa buraxılıb.

Qeyd edək ki, 8 türk hərbçinin olduğu helikopter Yunanıstan HHQ-nin nəzarəti altında 2016-cı ilin iyul ayının 16-da Dedeaqaç hava limanında enib.

Xatırladaq ki, 2016-cı il iyunun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edilib. Dövlət çevrilişi baş tutmasa da, həmin hadisələrdə 255 nəfər həlak olub, iki mindən artıq insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti