Bakı. Trend:
Çinin cənub-qərbində qaz kəmərində baş verən partlayış nəticəsində 24 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin yerli telekanalı xəbər verib.
İnsident Quyçjou əyalətində baş verib.
Sanxe kəndində qaz sızması kəmərdə partlayışa və yanğına səbəb olub. Onlarla insan yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hazırda qaz kəməri bağlıdır.
Xilasetmə işləri davam edir.