Bakı. Trend:
Rusiyada barja ilə katamaranın toqquşması nəticəsində ölənlərin sayı 10-a çatıb.
Trend-in məlumatına görə, hadisə Volqoqrad şəhərində Volqa çayı üzrədinə baş verib.
İnsident Volqoqradın Voroşilov rayonunda yük limanının ərazisində baş verib. 12 nəfərlik katamaranda 16 nəfər olub. Toqquşma zamanı insanlar katamarandan kənarda qalıblar. 5 nəfərin yaralandığı bildirilir, bir nəfərin taleyi barədə məlumat yoxdur.
Katamaranda olan bütün sərnişinlər Rusiya vətəndaşlarıdır.