...

Türkiyə prezidentinin mətbuat katibi BMT qətnaməsini uğur adlandırıb

Dünya xəbərləri Materials 14 İyun 2018 03:16 (UTC +04:00)
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın: "BMT-nin Fələstin qərarı böyük müvəffəqiyyətdir."
Türkiyə prezidentinin mətbuat katibi BMT qətnaməsini uğur adlandırıb

Bakı. Trend:

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın: "BMT-nin Fələstin qərarı böyük müvəffəqiyyətdir. Uzun sürən münaqişədə ədalətin bərqərar olunmasında böyük bir addımdır." Bu sözləri mətbuat katibi şəxsi Twitter səhifəsində paylaşıb.

Xatırladaq ki, bir az öncə BMT Baş Assambleyası, İsrailin Qəzza Zolağında hərəkətlərini qınayan qərarı səs çoxluğu ilə qəbul etdi.

Sənədin lehinə 120 dövlət, 8 əleyhinə səs verib, 45 ölkə isə bitərəf qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti