Bakı. Trend:
ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxıb.
Trend-in İnterfaks-a istinadən verdiyi məlumata əsasən, bunu ölkənin BMT-də daimi nümayəndəsi Nikki Heyli və dövlət katibi Mayk Pompeo bəyan ediblər.
"ABŞ rəsmi olaraq BMT İnsan Hüquqları Şurasından çıxır. Bununla belə qeyd etmək istəyirəm ki, bu addım insan hüquqları sahəsində öhdəliklərdən uzaqlaşmaq demək deyil", - deyə Heyli bildirib. Heyli həmçinin qurumu ikiüzlülük və qərəzli münasibətdə ittiham edib.