Bakı. Trend:
"Air India" aviaşirkətinə məxsus "Airbus A321" sərnişin təyyarəsi Mumbay şəhərinin hava limanında təcili eniş edib.
Trend-in məlumatına görə, təyyarə Əhmədabad-Məsqət reysini həyata keçirirmiş. Təyyarənin göyərtəsində 176 sərnişin olub və xəsarət alan olmayıb.
Məlumata əsasən, təcili enişə səbəb təyyarənin hidrosistemində nasazlıq olması olub.