...

Finlandiya prezidenti avqustun 22-si Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 17 İyul 2018 08:45 (UTC +04:00)
Finlandiya prezidenti Sauli Niistyo avqustun 22-si Rusiyaya səfər edəcək
Finlandiya prezidenti avqustun 22-si Rusiyaya səfər edəcək

Bakı. Trend:

Finlandiya prezidenti Sauli Niistyo avqustun 22-si Rusiyaya səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin finlandiyalı həmkarı ilə görüşü zamanı bildirib.

V.Putin deyib: "İkitərəfli münasibətlərə gəldikdə, biz bunları 22 avqust sizin Rusiyaya səfəriniz zamanı ətraflı müzakirə edəcəyik".

V.Putin qeyd edib ki, bu gün Helsinki dünyanın siyasi paytaxtına çevrilib. Rusiya prezidenti qəbula görə Finlandiyaya təşəkkürünü bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında ilk tam formatlı görüş bu gün Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti