Bakı. Trend:
Meksikada cinayətkar qrupların qarşıdurması nəticəsində ən azı 3 nəfər öldürülüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata əsasən, hadisə Tamaulipas ştatının Reynos şəhərində baş verib.
Qeyd olunur ki, quldurlar şəhərin bir neçə magistral yolları üzrə hərəkəti dayandırıblar və güc strukturlarının hadisə yerinə gəlməsində çətinlik yaratmaq üçün avtomobilləri yandırıblar.