Bakı. Trend:
Misir hökuməti Qahirədən 640 km cənubda Sahara səhrasında dünyanın ən böyük günəş elektrik stansiyasını inşa edir.
Trend-in məlumtına görə, tikinti işlərinin gələn il yekunlaşması gözlənilir.
Stansiya 1,8 GVt elektrik enerjisi istehsal edə biləcək. Bu, 1 milyon ailəni enerji ilə təmin etmək üçün kifayətdir.
Layihənin dəyəri təxminən 2,8 milyard dollar qiymətləndirilir, günəş elektrik stansiyası layihəsinin həyata keçirilməsi isə 4 min iş yeri yaradacaq.