...

Vyetnamda daşqınlar 8 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 19 Avqust 2018 04:16 (UTC +04:00)
Vyetnamda "Bebinca" tayfunu səbəbindən güclü daşqınlar baş verib
Vyetnamda daşqınlar 8 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Vyetnamda "Bebinca" tayfunu səbəbindən güclü daşqınlar baş verib.

Trend-in məlumatına görə, daşqınlar nəticəsində 8 nəfər həlak olub, 2 nəfər isə itkin düşmüş sayılır.

Məlumata əsasən, 10 minə yaxın insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Vyetnamın şimalında yerləşən Txanxoa əyalətinin Kuan Xoa rayonunun sədri Truonq Nxo Tu bildirib ki, daşqınlar nəticəsində rayonda 28-ə yaxın yaşayış evi təxliyə edilib.

Qeyd edək ki, "Bebinca" tayfunu bu il Cənub Çin dənizində yaranan 4-cü tayfundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti