...

ABŞ-da "Backstreet Boys" qrupunun konsertində giriş tağı aşıb: 14 yaralı

Dünya xəbərləri Materials 19 Avqust 2018 08:44 (UTC +04:00)
ABŞ-ın Takervill şəhərində (Oklahoma ştatı) "Backstreet Boys" qrupunun konsertində giriş tağı insanların üzərinə aşıb
ABŞ-da "Backstreet Boys" qrupunun konsertində giriş tağı aşıb: 14 yaralı

Bakı. Trend:

ABŞ-ın Takervill şəhərində (Oklahoma ştatı) "Backstreet Boys" qrupunun konsertində giriş tağı insanların üzərinə aşıb.

Trend-in məlumatına görə, bu barədə konsertin keçməli olduğu "WinStar World Casino and Resort" kazinosunun press-relizində bildirilir.

Məlumata əsasən, tağın insanların üzərinə aşması nəticəsində azı 14 nəfər xəsarət alıb. Yaralılara əvvəlcə hadisə yerində yadım göstərilib, daha sonra isə xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, insidentdən sonra qrupun konserti təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti