...

Pompeo KXDR üzrə xüsusi nümayəndə təyin edib

Dünya xəbərləri Materials 23 Avqust 2018 22:39 (UTC +04:00)
ABŞ dövlət katibi Mayk Pompeo Stiv Bigeni KXDR üzrə xüsusi nümayəndə təyin edib
Pompeo KXDR üzrə xüsusi nümayəndə təyin edib

Bakı. Trend:

ABŞ dövlət katibi Mayk Pompeo Stiv Bigeni KXDR üzrə xüsusi nümayəndə təyin edib.

Trend-in məlumatına görə, bu barədə M.Pompeo Dövlət Departamentində jurnalistlərə bildirib.

S.Bigen öz növbəsində bildirib ki, KXDR ilə problemlərin "həlli çətindir": "Prezident imkan yaradıb və biz Şimali Koreyanın sülhlü gələcəyi üçün bütün imkanlardan istifadə etməliyik. Bu, Şimali Koreyanın tam denuklearizasiyasından başlamalıdır".

Qeyd edək ki, Stiv Bigen daha əvvəl "Ford" avtokonserninin beynəlxalq ictimai əlaqələr üzrə vitse-prezidenti olub.

Xəbər lenti

Xəbər lenti