...

ABŞ-da "McDonald's" salatından zəhərlənənlərin sayı 500-ü keçib

Dünya xəbərləri Materials 24 Avqust 2018 10:18 (UTC +04:00)
ABŞ-da "McDonald's" restoranlar şəbəkəsində yedikləri salatdan zəhərlənənlərin sayı 500 nəfəri keçib.
ABŞ-da "McDonald's" salatından zəhərlənənlərin sayı 500-ü keçib

Bakı. Trend:

ABŞ-da "McDonald's" restoranlar şəbəkəsində yedikləri salatdan zəhərlənənlərin sayı 500 nəfəri keçib.

Trend-in məlumatına görə, bundan əvvəl - iyulun ortalarında "McDonald's" salatından zəhərlənmə ilə bağlı təqribən 90 hal qeydə alınmışdı.

Araşdırmalar göstərib ki, "Fresh Express" adlı salatda xəstəlik törədici "Cyclospora cayetanensis" mikroskopik paraziti olub. Hadisədən sonra restoran rəhbərliyi 3 min qida yerindən salatları geri qaytarıb və məhsul tədarükçüsünü dəyişib.

Ümumilikdə 16 ştatda zəhərlənmə faktı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti