...

Yunanıstanın baş naziri Çin prezidentini Afinaya dəvət edib

Dünya xəbərləri Materials 28 Avqust 2018 06:16 (UTC +04:00)
Yunanıstanın baş naziri Aleksis Tsiprasın Çin Xalq Respublikasının sədri Si Cinpini Afinaya dəvət edib
Yunanıstanın baş naziri Çin prezidentini Afinaya dəvət edib

Bakı. Trend:

Yunanıstanın baş naziri Aleksis Tsiprasın Çin Xalq Respublikasının sədri Si Cinpini Afinaya dəvət edib.

Trend-in məlumatına görə, Yunanıstanın xarici işlər naziri Nikos Kotszias çinli həmkarı Van İ ilə danışıqlardan sonra baş nazirin çatdırdığını bildirib.

Nikos Kotszias bildirib: "Biz bir-birinə etibar edən və etibarla işləyən iki ölkə, iki xalq, iki nazirik. Bu, beynəlxalq münasibətlərdə ən vacib olan şeydir. Bizim əsas məqsədimiz - siyasi əməkdaşlığı dərinləşdirməkdir. Mən baş nazirin Çin prezidentinə əməkdaşlığın möhkəmləndirilməsi üçün Afinaya səfərə dəvətini çatdırdım".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti