...

Liviyada həbsxanadan 400-ə yaxın məhbus qaçıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2018 05:21 (UTC +04:00)
Liviyanın paytaxtı Tripoli şəhərindəki həbsxanadan 400-a yaxın məhbus qaçıb.
Liviyada həbsxanadan 400-ə yaxın məhbus qaçıb

Bakı. Tural Turan - Trend:

Liviyanın paytaxtı Tripoli şəhərindəki həbsxanadan 400-a yaxın məhbus qaçıb.

Trend-in məlumatına görə, yaxınlıqda atışma səslərini eşidən məhbuslar həbsxanada qarışıqlıq yaradaraq qapıları söküblər. Hazırda qaçan məhbusların dəqiq sayı müəyyənləşdirilir.

Xatırladaq ki, daha əvvəl Tripolidə silahlılarla toqquşmalarla əlaqədar fövqəladə vəziyyət elan edilib. Toqquşmalar avqustun sonlarında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti