...

SON DƏQİQƏ! Hindistanda MiQ-27 qırıcısı qəzaya uğradı

Dünya xəbərləri Materials 4 Sentyabr 2018 10:13 (UTC +04:00)
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-27 qırıcısı qəzaya uğrayıb.
SON DƏQİQƏ! Hindistanda MiQ-27 qırıcısı qəzaya uğradı

Bakı. Trend:

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-27 qırıcısı qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza barədə xəbəri Hindistan Müdafiə Nazirliyi təsdiqləyib.

Məlumata görə, qəza ölkənin şimalında Racastan ştatında Codhpur şəhəri yaxınlığında baş verib.

Polkovnik Sombit Qoş qəza ilə bağlı qeyd edib ki, qırıcı plan uçuşu keçirirmiş: "Pilot xəsarət almayıb. Qəzanın başvermə səbəbi məlum deyil. Qəzanın səbəbləri araşdırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti