...

İstanbulda silahlı şəxs qadın müəllimi girov götürüb

Dünya xəbərləri Materials 10 Sentyabr 2018 16:22 (UTC +04:00)
İstanbulun Pendik rayonunda məktəblərin birində odlu silahla silahlanmış şəxs müəlliməni girov götürüb
İstanbulda silahlı şəxs qadın müəllimi girov götürüb

Bakı. Trend:

İstanbulun Pendik rayonunda məktəblərin birində odlu silahla silahlanmış şəxs qadın müəllimi girov götürüb.

Trend-in məlumatına görə, hadisə şəxsi zəmində baş verib.

Qeyd olunur ki, evlənməyə hazırlaşan cütlük arasında mübahisə yaranıb. Mübahisəni həll etmək üçün kişi məktəbə gəlsə də, qadın onunla danışmaqdan imtina edib. Nəticədə həmin şəxs qadını otaqların birində bağlayıb.

Hazırda silahlı şəxslə danışıqlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti