...

Papadan çağırış: Valideynlərinizə hörmət edin

Dünya xəbərləri Materials 20 Sentyabr 2018 13:41 (UTC +04:00)
Roma Papası I Fransisk katolik gəncləri valideynlərə hörmət etməyə çağırıb
Papadan çağırış: Valideynlərinizə hörmət edin

Bakı. Trend:

Roma Papası I Fransisk katolik gəncləri valideynlərə hörmət etməyə çağırıb.

Trend-in məlumatına görə, Papa Vatikanda ənənəvi çıxışı zamanı bu çağırışı edib.

O, gəncləri həm öz, həm də başqalarının valideynlərinə hörmət etməyin vacib olduğunu deyib:

“Əgər sən valideynlərindən uzaqlaşmısansa, onların yanına qayıtmağa cəhd et: Ola bilər ki, onlar qocalıb. Unutma ki, onlar sənə həyatı bəxş edib!”

Roma Papası valideynlərin yanında təhqiredici ifadələr, xoşagəlməz sözlər işlətməməyi də tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti