Bakı. Trend:
Tanzaniyada, Viktoriya gölündə göyərtəsində 300-dən artıq insan olan bərə qəzaya uğraylb.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 136 nəfər həlak olub.
Tanzaniyanın prezidenti Con Maqufuli qəza nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.