...

İran kosmosa 3 peyk buraxacaq

Dünya xəbərləri Materials 2 Oktyabr 2018 10:50 (UTC +04:00)
İran kosmosa 3 peyk buraxmağa hazırlaşır
İran kosmosa 3 peyk buraxacaq

Bakı. Trend:

İran kosmosa 3 peyk buraxmağa hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə İran Kosmik Agentliyinin rəhbəri Mürtəza Barari deyib.

M.Barari bildirib ki, “Əmir Kəbirin məktubu”, “Dostluq” və “Nahid-1” peyklərinin istehsalı başa çatıb və bu peyklər buraxılışa hazırdır.

Onun sözlərinə görə, həmin peyklər bu il ərzində kosmosa buraxıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti